«Morgan Stanley» şirkəti neftin qiyməti ilə bağlı proqnozu kəskin artırıb. FED.az xəbər verir ki, şirkət nümaynədələrinin fikrincə, İranda, Liviyada və Anqolada neft hasilatının azalması qlobal bazarda təklifin azalmasına səbəb olacaq. Bununla bağlı olaraq «Morgan Stanley» ilin ikinci yarısı üçün «Brent» markalı neftin qiyməti ilə bağlı proqnozu kəskin artırıb.
Yeni proqnoza görə, ilin ikinci yarısında neftin orta qiyməti 85 dolar olacaq ki, bu da indiyədək olan proqnozdan 7,5 dollar yüksəkdir. «Brent» nefti bu qiymətə son dəfə 2014-cü ildə satılıb.
«Platts» şirkətin ekspertləri də hesab edir ki, dünyadakı makroiqtisadi qeyri-sabitlik, ABŞ, Çin və Avropa Birliyi arasında ticarət müharibəsi riski, eləcə də Liviyada iğtişaşlların yenidən başlanması dünya bazarında dəyişkənliyi artırır.
Xatırladaq ki, iyulun 3-də «Brent» neftinin qiyməti 77,26 dollar təşkil edib.