ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup”un analitikləri qısa müddətdə neftin qiyməti ilə bağlı proqnozu azaldıblar.
Eləcə də bax: Neft ölkələri üçün pis xəbər - ÇİNİN NEFTƏ TƏLƏBATI 20 FAİZ AZALDI
FED.az xəbər verir ki, analitiklər neftin qiymətinin ilin birinci rübündə orta hesabla 54 dollar/barrel (əvvəlki proqnoz 69 dollar/barrel), ikinci rübdə isə 50 dollar/barrel (əvvəlki proqnoz 69 dollar/barrel) təşkil edəcəyini nəzərdə tuturlar.
“Citigroup” neftin qiymətinin 3-cü rübdə 53 dollar/barrel (əvvəlki proqnoz 63 dollar/barrel), 4-cü rübdə isə 58 dollar/barrel olacağını proqnozlaşdırır.