Çərşənbə günü neft qiymətləri 5-həftəlik minimumunu nümayiş etdirdi, çünki bazar iştirakçıları ABŞ neft ehtiyatları barədə yeni həftəlik məlumatların çıxmasını gözləyirlər, lakin dünyanın aparıcı neft istehsalçılarının hasilatı azaltması ilə bağlı meydana çıxan şübhələr bazardakı vəziyyəti gərginləşdirir.
Nyu-York əmtəə birjasında WTI markalı neftin qiyməti bir barel üzrə sessiyanın minimumu olan $46,06 dollar təşkil edirdi və bu da 28 sentyabrdan bəri müşahidə olunan ən aşağı qiymət idi.
Çərşənbə axşamı günü baş verən 19 sent və ya 0.41% enmə ilə müqayisədə bugün saat 09:05 GMT-yə olan məlumata görə qiymət 53 sentdən və ya 1.14%-dən aşağı idi və ya $46,16 dollar təşkil edirdi.
ABŞ enerji məlumatları administrasiyası bugün şərq vaxtı ilə saat 10:30-da neft ehtiyatları barədə həftəlik hesabat buraxmağı planlaşdırır. Məlumalar keçən həftə üzrə ABŞ xam neft ehtiyatlarının 1.013 milyon barelədək artdığını göstərə bilər. Habelə, proqnozlara görə benzin ehtiyatları 1.124 milyon barel azalmış, distillat ehtiyatları (o cümlədən mazut və dizel yanacağı) isə gözlənildiyi kimi 1.896 milyon barelədək azalmışdır.
Çərşənbə axşamı günü sessiya bağlandıqdan sonra sənaye qrupu American Petroleum Institute elan etdi ki, ABŞ-da neft ehtiyatları həftə ərzində (28 oktyabr) 9.3 milyon barelədək azalma nümayiş etdirmişlər. Hesabat həmçinin benzin ehtiyatlarının 3.6 milyon barelədək, dizel yanacağı da daxil olmaqla distillat ehtiyatlarının 3.1 milyon barelədək azaldığını göstərdi.
Londonun ICE birjasında Brent markalı neftin qiyməti 52 sent, yəni 1.08% düşərək bir bareli $47,62 dollar oldu.
Londonda satılan Brent markalı neftin qiyməti isə çərşənbə axşamı günü 47 sent, və ya 0.97% düşdü. Bu da OPEK-in istehsalı məhdudlaşdırması üzrə planlaşdırılan sövdələşmələrin reallaşması ilə əlaqədar artan skepsis fonunda baş verirdi.
investing.com©