Dunya bazarında neftin qiyməti artır.
FED.az xəbər verir ki, martın 20-də qiymətlər bir qədər də artaraq 30 dollara çatıb.
Bakı vaxtilə saat 11.45-ə olan məlumata görə, birjalarda Brent nefti 1,4 dollar və ya 4,8% bahalaşaraq 29,85 dollara yüksəlib. Hərracın gedişində qiymətlər 30,14 dolları da keçib.
WTI neftinin qiyməti isə 1,4 dollar və ya 5,7% bahalaşaraq 26,7 dollara yüksəlib.