Dünya bazarında neftin qiyməti növbəti psixoloji həddi keçib.
FED.az xəbər verir ki, martın 18-də keçirilən hərraclarda Brent neftinin qiyməti 27 dollardan da aşağı enərək 26,89 dollar olub. Neftin gün ərzində ucuzlaşması 6%-ə çatır.
WTI neftinin qiymətində isə 11,5 dollarlıq enmə olub. Neft 3,1 dollar ucuzlaşaraq 23,84 dollara enib.