Neft şirkətlərinin yeni hasilata yatırımlarını azaltması səbəbindən bazarda yaranan qıtlıq, neftin qiymətini 150 dollara qədər artıra bilər.
FED.az xəbər verir ki, bu barədə «Sanford C. Bernstein & Co.» şirkəti xəbərdarlıq edib. Şirkətin analitikləri qeyd edirlər ki, şirkətlər gəlirlərini və səhmdarlara ödəyəcəkəri dividendləri yüksək saxlamaq üçün başqa xərclərə qənaət edirlər. Bunlar isə şirkət üçün çox vacib olan geoloji kəşfiyyat və hasilat xərcləridir.
Bu isə böyük istehsalçıların ehtiyatlarının azalmasına gətirib çıxarır və sənayeyə təkrar investisiya edilən mənfəət göstəricisi ən aşağı səviyyəyə düşür. Nəticədə, Bernstein bəyan edir ki, neftin qiyməti son on ildə qeydə alınmış rekord səviyyədən artıq ola bilər.
Analitiklər yazır ki, şirkətlərin idarə heyətlərini kapital xərclərini məhdudlaşdırmağa və onlara pul ödəməyə çağıran investorlar sənayedə investisiyaların çatışmamasına peşman olacaqlar. Hər hansı bir təklif çatışmazlığı qiymətlərin super artmasına səbəb olacaq və bu artım 2008-ci ildə müşahidə olunan artımdan daha güclü ola bilər.
Yüksək dividendlər lazım olan səhmdarların tələblərini yerinə yetirmək üçün dünyanın ən böyük neft şirkətləri, o cümlədən Royal Dutch Shell və BP, 2014-cü ildə qiymətlərin çökməsinə mane olmaq üçün xərcləri azaldır, aktivləri satır və borc yükünü artırırdılar.
Yalnız ABŞ-ın Exxon Mobil şirkəti belə addımlara getməyib. Bu ilin əvvəlində Exxon Mobil Corp şirkəti maliyyə nəticələrinin pisləşməsindən sonra inkişaf üçün nəzərdə tutulmuş geniş miqyaslı xərclər planını təqdim etdi və yeni səhm almaqdan imtina etdi, bu isə səhmdarların etirazlarına səsəb oldu.
Yaranmış vəziyət nəticəsində dünyanın ən böyük neft şirkətlərinin sübut olunmuş ehtiyatları 2000-ci ildən bəri orta hesabla 30 %-dən çox azalıb və yalnız Exxon və BP-də yeni yataqların alınması sayəsində yaxşılaşma müşahidə olunub.
Neft ehtiyatlarının azalması qardakı illərdə neftə tələbatın kəskin artması ilə kontrast təşkil edir. Analitiklər qeyd edir ki, qarşıdakı 20 ildə Asiyada avtomobillərə, hava və yol daşımalarına və plastikə tələbat artacaq. Bütün bunlar üçün isə neft tələb olunur.
Neft 150 dolları keçə bilər – YENİ PROQNOZ
11:37
9 İyul 2018