“Brent” markalı neftin qiyməti 2022-ci ilin iyun ayından bəri ilk dəfə olaraq bir barel üçün 119 dolları ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları sübut edir.
Belə ki, Bakı vaxtı ilə saat 6:30-a olan məlumata görə, “Brent” markalı neftin 2026-cı ilin may fyuçerslərinin qiyməti əvvəlki qiymətdən 28,77% artaraq 119,36 dollar/barel təşkil edib.











