Dünya bazarında neft sürətlə ucuzlaşır.
FED.az xəbər verir ki, OPEK ölkələrinin razılığa gələ bilməməsi və koronavirus səbəbindən martın 6-da neftin qiyməti 9-10% enib.
Belə ki, WTI markalı neft 10%-dən çox ucuzlaşaraq 41,28 dollara düşüb ki, bu da 2016-cı ilin avqustundan indiyədək ən aşağı həddir.
Brent neftinin qiyməti isə 9,4% ucuzlaşaraq 45,27 dollar olub.