Dünya bazarlarında koronavirus pandemiyası səbəbindən zəifləyən iqtisadiyyatlar səbəbindən neftə yaranan tələbin kəskin düşməsi ardından, üzümüzə gələn aydan Səudiyyə Ərəbistanı əlavə xam neft çıxaracağı gözlənilir.
Eləcə də bax: Azərbaycanda neft məhsullarının istehsalı – FƏRQLİ DƏYİŞİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə 11:00-da Brent neftinin 1 bareli 0.43 dollar (1.57% ) azalmaqla 26.96 dollara düşüb.
Yanvardan bu tərəfə Çində gündəlik xam neft emalı illik müqayisədə 23,1% azalaraq 13 milyon bareldən, təxminən, 10 milyon barelə enməklə 6 illik minimuma düşmüşdü. Hazırda da nəhəng iqtisadiyyatın gündəlik neftə olan tələbatı aşağı səviyyədədir.
Gözlənilir ki, neft sənayesi anbarları həftələr və aylar ərzində doldurmaqda davam edəcək. Çünki, hazırda koronavirus pandemiyası ucbatından təbii ehtiyatlar tələbat kəskin azalıb, eləcə də xam neftə.
Kanadanın daxli bazar üçün nəzərdə tutduğu anbarlarda da neft dolmaq üzrədir, eləcə də cari vəziyyət dünyanın digər ölkələrinə da yayılacaq ki, nəticədə nefti saxlanma yerlərinin bitməsindən sonra bazarda əlavə xam məhsul bolluğu yaranacaq.
Dünya birjalarında ilin əvvəli neftin 1 bareli $65 ilə başladığı halda, həftə öncə $25-ə qədər ucuzlaşmalı olub və ya bir neçə gündür ki, $30-a yaxın rəqəmlərdə qərarlaşb. Rystad Energy konsaltinq şirkəti “The Guardian” qəzetinə müsahibədə iddia edir ki, cari il ərzində yaranmış təlabatın kəskin enməsi bir barelin $10 səviyyəsinə qədər neftin qiymətinin düşməsini mümkün sayır.
Rystad Energy şirkətinin analitiki Paola Rodriguez-Masiu izah edib ki, neftə olan tələbat, anbarlardakı ehtiyat üzrə göstəricilər 1998-ci ildəki ilə eyni olduğundan neftin bu qənaətə gələk mümkündür.