Energetika Nazirliyi “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi məqsədilə məsləhətçi seçiminə dair tenderi baş tutmamış elan edib. FED.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilir.
Tender çərçivəsində təqdim olunan təkliflər biz tərəfdən qeyri-qənaətbəxş hesab edilib. Bu səbəbdən tender komissiyası tenderi baş tutmamış elan edib”, - nazirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, Plana aşağıdakı mərhələli tədbirlər daxil idi: ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə “Azəristiliktəchizat”ın texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılması.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.