Neft sektoru Xəzər dənizi üçün yüksək sənaye riskləri yaradan bir sahədir.
FED.az-ın xəbərinə görə, bunu Bakıda keçirilən “Caspian Energy” forumunda çıxış edən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
Eləcə də bax: Daha bir şirkət “Caspian Energy Forum Baku – 2019”un - TƏRƏFDAŞI OLUB
Onun sözlərinə görə, neft və qaz yataqları, borular, emal zavodları, yanacaq rezervuarları, insanlara və ətraf mühitə təhlükə yarada biləcək müxtəlif qəzaların və texnoqen xarakterli fəlakətlərin yaranması üçün böyük potensiallı risk mənbəyidir.
"Qəza və fəlakətlərin minimuma endirilməsi və həmçinin risk menecment sistemində heç də sonuncu yerdə olmayan ekoloji risklərin həlli vacib hesab edilir", - deyə nazir müavini qeyd edib.
R.Hacıyev əlavə edib ki, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunması şəraitində bir sıra problemlər üzrə işlərin mahiyyəti olduqca aktual xarakter daşıyır.
"Neft sənayesinin təhlükəsiz fəaliyyəti yalnız o vaxt səmərəli olar ki, onlar Azərbaycan tərəfindən qəbul olunan standartların və digər normativ sənədlərin tələblərinə cavab vermiş olsun. Xəzər dənizində ekoloji və sənaye təhlükəsizliyin təmin edilməsi, hər bir dövlət üçün öz ərazisində və onun ətrafında təhlükəli ekoloji vəziyyətlərin qarşısının alınması onların mənfi nəticələrinin aradan qaldırılması üçün tədbirlər sisteminin yaradılmasını və həyata keçirilməsini ehtiva edir", - deyə nazir müavini əlavə edib.
Apa