Hazırda Naxçıvan MR-da təmiz enerji istehsal edəcək iki elektrik stansiyası inşa olunmaqdadır.
Azərbaycan elektrik enerjisinin saxlanılması üçün - Batareyalar Almaq İstəyir
FED.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.
"Naxçıvanda müəyyən illərdə elektrik enerjisinin istehsalında ənənəvi enerjidən daha çox təmiz enerjidən istifadə olunur və bu göstərici bəzən enerji istehsalının ümumi həcminin 50 faizini keçə bilir. Naxçıvan MR-in digər bir xüsusiyyəti Türkiyə bazarına birbaşa çıxışının olmasıdır", - o deyib.
E.Soltanov Naxçıvanın iri enerji layihələrinin reallaşdırılacağı məkan olacağına əminliyini ifadə edib. (Trend)