“Nəqşicahan Holdinq”in nəzdində olan yanacaqdoldurma məntəqələri satılıb.
"Badamlı Mineral Sular"ı şirkəti - SATILDI - YENİ RƏHBƏR TƏYİNATI
FED.az xəbər verir ki, holdinqin nəzdində olan və Muxtar Respublika ərazisində yerləşən "NP" yanacaqdoldurma məntəqələri artıq qurumun himayəsindən çıxıb.
Məlumata görə, yanacaqdoldurma məntəqələrini türkiyəli iş adamı Mehmet Sürkit alıb. İğdırlı iş adamı eyni zamanda, “Sürkit” Şirkətlər Qrupunun sədridir.
Şirkət hazırda avtomobil, yanacaq, sığorta, enerji, mədənçilik, turizm, restoran, mağaza, qida və digər işlər üzrə fəaliyyət göstərir. Bu şirkətin Azərbaycanda 40-dan çox müxtəlif sahə üzrə mağazaları fəaliyyət göstərir.
Qeyd edək ki, “Nəqşicahan Holdinq” daha əvvəl Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olub. (Apa)