Azərbaycanın 2025-ci ilə qədər iqtisadi inkişafı ilə bağlı yol xəritəsinin hazırlanması üçün “McKinsey & Company” şirkəti cəlb edilib.
Bu barədə “Financial Times” jurnalına açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
N.Əmirov post-neft dövrünün belə tez yetişəcəyini gözləmədiklərini açıqlayıb: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik, amma faktiki olaraq bu gün artıq həmin vəziyyətdəyik”.
Qeyd edək ki, “McKinsey & Company” ötən ay bir neçə ölkənin iqtisadi diversifikasiyası üçün konsultasiya xidmətləri göstərməyə başladıqlarını açıqlamışdı.
Report©