Azərbaycanın energetika naziri Natiq Əliyev OPEC-in bu ayın sonunda Vyanada keçiriləcək görüşünə dəvət edilib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, dünya bazarında xam neftin qiymətinin artırılması ilə bağlı 28-31 oktyabrda Vyanada OPEC və qeyri-OPEC dövlətləri nazirlərinin görüşü keçiriləcək. Görüşə energetika naziri N. Əliyev də dəvət edilib.