Banner

Energetika

“Moody's”: Aşağı qiymətlər neft-qaz şirkətləri üçün - MALİYYƏ RİSKLƏRİNİ ARTIRIR

“Moody's”: Aşağı qiymətlər neft-qaz şirkətləri üçün - MALİYYƏ RİSKLƏRİNİ ARTIRIR | FED.az
11:38 11 Mart 2020

Aşağı neft qiymətləri 2020-ci il üzrə neft və qaz şirkətləri üçün maliyyə risklərini artırır.

Eləcə də bax: Rusiya tərəfi: "Neft qiymətlərinin bərpası bir neçə ay çəkə bilər"

FED.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi məlumat yayıb. Bildirilir ki, neftdə tələb-təklif balansının qəfil dəyişməsi qlobal neft sənayesindəki struktur dəyişikliyini əks etdirmir və neft şirkətlərinin uzunmüddətli bazalarında dəyişiklik gözlənilmir. Neft-qaz şirkətləri cari ildə likvidlik səviyyələrini idarə edə biləcək, lakin şirkətlərin kapital xərclərini azaltmaları gözlənilir.

“Moody's”ə görə, neft qiymətlərindəki artan dəyişkənlik neft-qaz şirkətlərinin kəşfiyyat və istehsal sərmayələrinə, eləcə də 6 və ya 12 ay arasındakı yenidən maliyyələşdirmə ehtiyaclarına birbaşa təsir göstərəcək.

Azərtac

Digər xəbərlər

Banner