Xəbər verildiyi kimi, BP-Azərbaycan şirkətində kadr dəyişiklikləri baş verib.
Eləcə də bax: “Azərsun Holdinq”də - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, yeniliklər çərçivəsində Azərbaycanın məşhur Top meneceri, BP-Azərbaycanın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə yeni vəzifə həvalə edilib. O, 1 iyul tarixindən daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək.
Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir (vice president communications & advocacy for Middle East & Caspian). Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir.