Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə neftin bir barelinin orta qiymətini 85.7 ABŞ dollar olacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2024-cü ildə neftin bir barelinin qiyməti 85.7 dollar, 2025-ci ildə isə neftin bir barelinin orta qiyməti 83.5 ABŞ dollar olacağı proqnozlaşdırılır.
Qazın qiymətinə gəlincə 2024-cü il üzrə min kub metr qazın qiyməti 281 dollar, 2025-ci il üzrə isə 299 dollar olacağı gözlənilir.