Meksika neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqədar 19 neft yatağında hasilatı dayandırmağa hazırlaşır.
Eləcə də bax: Kosmosdan mesaj var: Neft mənfi 100 dollara - UCUZLAŞA BİLƏR
FED.az "trend"ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Andres Manuel Lopes Obrador deyib.
O bildirib ki, həmin yataqlarda hasilat ötən il başlayıb. Hazırda 19 yataqda ümumilikdə 200 quyu işləyir.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin azalması neftin rekord həddə ucuzlaşmasına səbəb olub. Bir neçə gün əvvəl WTI markalı neftin qiyməti -40 dollaradək enmişdi.