Türkmənistan Prezidenti 2020-ci ildə daxili istehlak üçün neft məhsullarının qiymətlərini təsdiqləyib.
Eləcə də bax: Azərbaycana idxal edilən benzinin - GÖMRÜK RÜSUMU DƏYİŞİR
FED.az xəbər verir ki, 2019-cu ilin göstəricilərinə əsasən, Türkmənistan benzinin qiymətinin ucuz olması baxımından dünyada ilk onluqda yer alıb. Ölkədə A-95 markalı benzinin bir litri 1,5 türkmən manatına (0,43 dollar) satılır. Bu göstəriciyə görə Türkmənistan MDB məkanında birinci, dünyada isə səkkizinci yerdədir.
Türkmənistanın ixracının mühüm hissəsini neft məhsulları təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr aylarında xaricə 2 milyon 533,7 min ton müxtəlif növ neft məhsulları ixrac edilib. Keçən ilin iyulunda yüksək keyfiyyətli və ekoloji cəhətdən sintetik benzinin də ixracına başlanılıb və 23,6 milyon ABŞ dolları dəyərində 48,8 min ton məhsul xarici bazara nəql olunub.
Azərtac