May ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.
FED.az SOCAR-ın saytına istinadən xəbər verir ki, 2017-ci ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 237 min 140 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar-may aylarında bu kəmərlə 10 milyon 961 min 523 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər BTC-yə 332 milyon 499 min 585 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin may ayında BTC kəməri ilə 561 min 762 ton Türkmənistan nefti nəql olunub.