Qara dənizin dibir ilə Rusiyadan Türkiyəyə çəkilmiş «Mavi axın» kəməri mayın ortalarından indiyədək fəaliyyətsizdir.
Eləcə də bax: "Qazprom" Rusiya istehlakçılarına qaz tədarükünü - AZALDACAQ
FED.az xəbər verir ki, kəmərin 2 aydır boş dayanması barədə «Reuters» məlumait yayıb.
Bildirilirki, kəmər mayın ortalarında texniki xidmət məqsədilə işini dayandırıb və mayın sonunda yenidən fəaliyyətə başlayacaqmış. Amma o vaxtdan işini bərpa etməyib.
Bunun səbəbi odur ki, Türkiyə Rusiyadan gələn digər qaz kəməri ilə - «Türk axını» ilə kifayət qədər qaz alır və ikinci borunu istifadə etməyin mənası yoxdur.
Qeyd edək ki, son aylar Rusiyadan Türkiyəyə qaz nəqlində ciddi problemlər baş verir. Martın nəticələrinə görə, Rusiya qazının Türkiyəyə ixracı ötən illə müqayisədə 7 dəfə azalaraq 1,418 milyard kubmetrdən 210 milyon kubmetrə düşüb.
Türkiyə xaricdən daha ucuz qiymətə sıxılmış qaz aldığına görə, Rusiya qazı ölkəyə lazım olmayıb.
Xatırladaq ki, «Mavi axın» — Rusiya ilə Türkiyə arasında Qara dənizin dibi ilə çəkilmiş kəmərdir. Bu boru ilə qazın kommersiya nəqlinə 2003-cü ildən başlanılıb.