Aprelin 16-17-də Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq”dan FED.az-a verilən məlumata görə, buna səbəb həmin günlər saat 10:30-dan 15:30-a qədər Masazır Yarımstansiyasında aparılacaq yenidənqurma işləridir.
Qurum yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib.