ABŞ-ın neft emalı, satışı və nəqlini həyata keçirən “Marathon Petroleum Corporation” 2020-ci ildə maliyyə itkisi ilə üzləşib.
Eləcə də bax: “Chevron”un 2020-ci ildəki maliyyə itkisi - 2019-cu İldəki Mənfəətdən Çoxdur
FED.az xəbər verir ki, şirkətin maliyyə hesabatına görə, şirkət ötən ili 9,9 milyard xalis zərərlə başa vurub.
Bildirilib ki, şirkət 2019-cu ildə 2,3 milyard dollar mənfəət əldə edib. Hesabata görə, “Marathon Petroleum Corporation”ın ötən ilki zərəri 2019-cu ildə əldə edilən mənfəəti üç dəfəyə qədər üstələyib.
Qeyd edək ki, 2020-ci ildə ümumi gəliri 111,9 milyard dollar olan şirkətin 2019-cu ildə əldə etdiyi ümumi gəlirlərin həcmi də 38,3 faiz azalaraq 69,03 milyard dollara bərabər olub.
Qeyd edək ki, “Marathon Petroleum Corporation” şirkəti ABŞ-ın enerji sektorunda 1887-ci ildən fəaliyyət göstərir.