Sabah "Bakı Limanı" QSC Malayziyanın “Citiqlobal” şirkəti ilə COP29 çərçivəsində Bakı Limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun yaradılması ilə bağlı müqavilə imzalayacaq.
“Son 5 ildə Xəzərin səviyyəsi 1 metr azalsa da, hazırda sabitdir”
FED.az xəbər verir ki, bunu QSC-nin Baş direktoru Taleh Ziyadov COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.
"Layihə tamamlandıqdan sonra obyekt karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək", - deyə T.Ziyadov əlavə edib. (Apa)