Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın söndürülüb.
SOCAR-dan verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində yanğını söndürmək mümkün olub.
Xatırladaq ki, yanğın bu gün saat 09:55-də baş verib.
SOCAR-ın yaydığı məlumatda deyilir ki, yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.