Macarıstanın MOL neft-qaz şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları indiyədək 2 milyard ABŞ dolları təşkil edib.
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
FED.az xəbər verir ki, bunu “MOL Azerbaijan”ın icraçı direktoru Attila Somfai Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.
“Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib. Bununla belə, biz investisiyaların həcminin və uzunmüddətli əməkdaşlığımızın genişləndirilməsinə ümid edirik”, - o bildirib. (Report)