Macarıstan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” dəniz qaz-kondensat yatağı üzrə hasilatın pay bölgüsü sazişində 5 %-lik pay alıb.
Macarıstan "Şahdəniz" və Bakı-Tbilisi-Ceyhan layıhələrində - PAYA SAHİB OLUB
FED.az xəbər verir ki, bu barədə layihənin iştirakçısı olacaq Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.”yə şirkəti bildirir.
Macarıstan şirkəti “Şahdəniz”dəki payı “Cənub Qaz Dəhlizi” QSC-dən (SGC) alıb.
Bundan əlavə, şirkət “Şahdəniz”dən təbii qazın satışı ilə məşğul olan “Azerbaijan Gaz Supply Company Limited”də (AGSC) daha 4 %-lik pay alıb.
Sövdələşmə bir neçə ay ərzində tamamlanacaq. (Report)