Macarıstan 2023-cü ilin sonunadək Azərbaycan qazının satın alınmasının başlanacağına ümid edir.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində mətbuat konfransında deyib.
"Biz ümid edirik ki, Azərbaycan qazının nəqli üçün Cənub-Şərqi Avropada bütün infrastuktur işləri başa çatdırılacaq", - deyə o bildirib.
Nazir qeyd edib ki, qazın nəqli və elektrik enerjisi istehsalı ilə məşğul olan Macarıstan şirkəti artıq SOCAR-la danışıqlar aparır.
"Biz həm də bu məsələdə Azərbaycanın siyasi dəstəyinə ümid edirik", - nazir əlavə edib.