Rusiyanın “Lukoil” şirkəti Xəzərin Azərbaycan sektorunda "Ümid-Babək" qaz layihəsində iştirak etməyəcək.
FED.az xəbər verir ki, “APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov bildirib.
Eləcə də bax: Vahid Ələkbərov: "LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır"
Onun sözlərinə görə, “Lukoil”ın bu layihədə iştirak etməməsinin səbəbi SOCAR tərəfindən sözügedən ərazinin müstəqil şəkildə işlənilməsi barədə qərarın verməsidir.
Xatırladaq ki, martda V. Ələkbərov “Lukoil”ın bu ərazinin işlənilməsində iştirak etməkdə maraqlı olduğunu bildirmişdi.
Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir. Üataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.
“Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər ararılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” rersrektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının ararılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exrloration & Production” şirkəti arasında müqavilə imzalanıb.