Əslən azərbaycanlı olan Vahid Ələkbərovun yaratdığı “Lukoil” şirkəti Rusiyada 400-dən çox “Shell” yanacaqdoldurma məntəqəsinə və sürtkü yağları zavoduna sahib olan “Shell Oil” şirkətini satın alır.
Eləcə də bax: Vahid Ələkbərov “Lukoyl”dan getməsinin səbəbini açıqlayıb
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
""Lukoil", Rusiyada neft məhsullarının pərakəndə satışı və sürtkü yağları istehsal edən "Shell Oil"in 100% payını almaq üçün "Shell"in törəmə şirkətləri ilə müqavilə bağladığını elan edir. Söhbət əsasən Mərkəzi və Şimal-Qərb federal dairələrində yerləşən 411 Shell yanacaqdoldurma məntəqəsindən və Tver vilayətində sürtkü yağları istehsal edən zavoddan gedir",- məlumatda bildirilir
Əməliyyat Federal Antiinhisar Xidməti tərəfindən təsdiqləndikdən sonra tamamlanacaq. (Marja)