Liviya Milli Neft Korporasiyasının (NOC) 2021-ci ildə xalis mənfəəti 21,6 milyard dollar təşkil edib.
FED.az xəbər verir ki, Bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Açıqlamaya görə, dünyada neft məhsullarının qiymətlərinin sürətlə artması ilə əlaqədar Korporasiyanın noyabr və dekabr aylarında rekord maliyyə nəticələri qeydə alınıb. 2021-ci ilin son iki ayında xalis gəlir 4,3 milyard dollar olub.
“2021-ci ilin sonunda neft qiymətləri 2016-cı ildən bəri ən böyük illik artımına çatdı, buna qlobal iqtisadiyyatın koronavirus epidemiyasının yaratdığı durğunluqdan xilas olması kömək edib.Qiymətlərin artmağa davam edəcəyi gözlənilir”, - Korporasiyanın Direktorlar Şurasının sədri Mustafa Sanalla açıqlamasında bildirib.
Liviya Milli Neft Korporasiyasının neft hasilatı gündəlik 1,045 milyon barelə çatıb. (Marja)