Liviyanın ən böyük neft yatağı olan "Şərara"da bir həftə öncə bərpa edilən neft hasilatı yenidən dayandırılıb.
"Bloomberg" agentliyinin yaydığı xəbərə görə, yataqdan Əz-Zəviyə şəhərinə çəkilən neft kəmərinin fəaliyyətində problemlər yaranıb. Neftin nəqlində yaranan məhdudiyyətin səbəbi açıqlanmır. Liviya Milli Neft Şirkəti ilə əlaqə yaratmaq mümkün olmayıb.
Qeyd edək ki, "Şərara" yatağında gündəlik neft hasilatı 200 min barel təşkil edir. Xəbərin açıqlanmasından sonra dünya əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 0,9% artaraq 55,75 dollar/barelə yaxınlaşıb. Neftin qiymətinin tədricən artacağı ehtimal edilir.