Liviyanın Milli Neft şirkəti ölkənin ən byöük neft yatağı olan Eş-Şararada neft hasilatını bərpa etdiyini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət oktyabrın 11-dən etibarən fors-major şəraitinin dayandırıldığını bildirib.
Açıqlamada bildirilir ki, şirkətin əldə etdiyi razılaşmaya görə, neft obyektələrinin mühafizəsi xidməti yataqlaı işləri çətinləşdirən bütün maneələri aradan qaldırmalıdır, bu isə hasilata başlamağa imkan verir.
Xatırladaq ki, Liviyanın Milli Neft Şirkəti yanvarda fors-major halı elan edərək neft hasilatını dayandırmışdı. Həmin vaxtdan etibarən Eş-Şarari və El-Fil yataqlarında hasilat dayandırılmış və faktiki olaraq Liviyanın bütün neft sənayesi fəaliyyətini dayandırmışdı.