Liviyada başlanan vətəndaş müharibəsi dünya bazarında neftin qiymətini artırıb.
FED.az xəbər verir ki, qara qızıl okeanın hər iki tərəfində bahalaşır. Nyu-York birjasında WTI markalı neft 1,29 dollar və ya 2% bahalaşaraq 64,37 dollara yüksəlib. London birjasında isə «Brent» markalı neft 70 sent və ya 1% bahalaşaraq 71,04 dollara qalxıb.
Sonuncu dəfə «Brent» nefti bu qiymətə 2018-in noyabrın 11-də satılmışdı. Neft qiymətlərinin ən aşağı həddə (50,5 dollar) düşdüyü 24 dekabrdan indiyədək neft 40,6% bahalaşıb.
Azərbaycan nefti də bahalaşmaqdadır. Ötən gün «qara qızıl»ın qiyməti 72 dolları keçib.
Liviya müharibəsi nefti yüksəltdi – SON 5 AYIN ZİRVƏSİ
23:14
8 Aprel 2019