“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus “Zığ” Gəmi Təmiri Zavodunun qarət olunması ilə bağlı martın 14-də bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
FED.az xəbər verir ki, bu barədə Gəmiçilikdən məlumat verilib.
Bildirilib ki, həmin hadisənin mahiyyəti şişirdilib. Burda söhbət qarətdən yox, oğurluğa cəhddən gedir. Belə ki, zavodun əməkdaşı , fəhlə kimi çalışan Adil Kazımov istehsala yararsız 10 kiloqramdan çox olmayan mis qırıntılarını aparmaq istəyib. Amma onun bu cəhdi baş tutmayıb, mis qırıntıları müəssisənin ərazisindən kənara çıxmayıb.
Bununla əlaqədar, Adil Kazımov inzibati qaydada cəzalandırılaraq işdən kənarlaşdırılıb.
“Zığ” gəmi təmiri zavodunda baş verənlərlə bağlı açıqlama
11:32
15 Mart 2017