Dünya bazarında uzunmüddətli perspektivə neftin bir barreli üçün qiyməti $40-60 səviyyəsində gözlənilir.
Bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.
Onun sözlərinə görə, neftin bir barreli üçün $40-60 səviyyəsində koridor bazarın yeni reallığıdır, qlobal istehsalçılar bunu qəbul etməlidirlər.
A.Əzimov bildirib ki, bu koridor “hələ uzun müddət davam edəcək”.