"SOCAR Polymer" şirkəti Azərbaycan hökumətindən güzəştləri $100 mln. həcmində qiymətləndirir. Bu barədə şirkətin baş direktoru Fərid Cəfərov jurnalistlərə bəyan edib.
“Layihə Sumqayıt Kimya Sənaye Parkı ərazisində icra olunur. Bu layihə üçün $100 mln. ümumi məbləğdə vergi və digər güzəştlər əldə etməyə kömək edib”, - deyə F.Cəfərov bildirib.
O xatırladıb ki, şirkət hazırda illik gücü 180 min ton olan polipropilen və illik gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı üzrə zavodun tikintisini reallaşdırır. Hər iki müəssisəsnin 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
“Bütün layihənin reallaşdırlmasının səviyyəsi 60% təşkil edir. Bununla yanaşı, polipropilen istehsalı üzrə zavodun tikinti işlərinin 70%-dən, polietilen istehsalı üzrə zavodun tikinti işlərinin 30%-dən çoxu yerinə yetirilib”, - deyə F.Cəfərov qeyd edib.
İnterfax©