“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, Quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 684-675 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilmişdir
15:16
26 Aprel 2017