Bu ilin aprel ayına əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim”in bazar dəyəri 2,1 mlrd. ABŞ dolları təşkil edib.
Özəlləşdirmə sonrası türk lirəsi ifadəsində "Petkim"in bazar dəyəri 420% artıb: “Petkim”ə hər il 100-150 mln. dollar həcmində investisiya qoyulur. “Petkim”ə satınalmadan sonra qoyulan investisiyaların həcmi 730 mln. dollar təşkil edir. “Petkim”də 60 müxtəlif növdə məhsul istehsal edilir. Bu məhsullar Türkiyədə 6 min kiçik və orta sahibkarlar tərəfindən alınır və yeni məhsul istehsalı üçün istifadə edilir. “Petkim”in məhsulları 50-dən çox ölkəyə ixrac edilir”.
Qeyd olunub ki, “Petkim” birbaşa 2 500, dolayısı ilə isə 150 min nəfərə məşğulluq təmin edir.
Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin Özəlləşdirmə İdarəsindən “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.