“Neft Daşları” yatağında 1954A nömrəli estakadayanı meydançadan 2686 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları”nda yeni quyu qazılır

12:52
11 İyul 2017