“Neft Daşları” yatağında 602A nömrəli stasionar dəniz özülündən 2670 nömrəli quyuda qazma işlərinə başlanılıb.
FED.az SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 650 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.