SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, 2685 nömrəli quyu 1954A saylı estakadayanı meydançada qazılıb.
Quyu sutkalıq 12 ton neft və 1600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.