“Neft Daşları” yatağında 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan yeni 620A saylı stasionar dəniz platforması istismara verilib.
SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında tikilmiş platformanın ümumi sahəsi 2520 kvadrat metrdir. Dənizin 27 metr dərinliyində yerləşən, istehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilmişdir. 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançası tikilmiş, svay və quyu şaxtaları vurulmuş, müvafiq boru xətləri çəkilmiş, obyektdə qülləaltı postament və digər bütün zəruri avadanlıqlar quraşdırılmışdır. Platforma 7 dayaq bloku üzərində yığılmış, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilmişdir.
Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
“Neft Daşları” yatağı üçün yeni platforma istismara verilib
14:58
29 Mart 2017