SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin mütəxəssisləri-daxili təlimçilər tərəfindən şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzində “Azneft” və “Azərikimya” İstehsalat Birliklərinin, Nəqliyyat İdarəsinin və “Neftqaztikinti” Trestinin kadr, personalla iş və əmək haqqı şöbələrinin işçiləri üçün “İnsan resurslarının idarə edilməsi” üzrə təlimə start verilmişdir.
Təlim 8 gün müddətində istehsalatdan ayrılmamaqla keçiriləcək. Təlimdə insan resurslarının planlaşdırılması, işə qəbul, effektivliyin idarə edilməsi, təlim və inkişaf, xidməti fəaliyyətin və dəyişikliklərin idarə edilməsi kimi aktual mövzuların nəzəri və praktiki üsullarla tədris olunması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, keçən ilin iyun ayında “Azneft” İstehsalat Birliyinin 15 nəfərdən ibarət kadrlar üzrə rəhbər və mütəxəssis heyəti üçün müvafiq təlim təşkil edilmişdir. Hazırda, şirkət üzrə insan resurslarının idarə edilməsi proseslərinin transformasiyasının davam etməsini nəzərə alaraq gələcəkdə SOCAR-ın digər müəssisə və təşkilatlarının işçilərinə də “İnsan Resurslarının İdarə Edilməsi” üzrə təlimlərinin təşkil olunması planlaşdırılır.
“İnsan resurslarının idarə edilməsi” üzrə təlimlər təşkil edilib
13:23
16 May 2017