Azərbaycanın neft-qaz sənayesində böyük əhəmiyyətə malik “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
FED.az SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2798-2739 metr intervaldan sutkalıq 40 ton neft və 3500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işlərini SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi həyata keçirir.