31 may-3 iyun tarixlərində Bakıda Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgi və 7-ci Beynəlxalq Alternativ və Bərpa Olunan Enerji üzrə“Caspian Power” konfransı keçiriləcək.
Artıq 20 ildən çoxdur ki, sərgi etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurlu icrası üçün münasib platforma kimi xidmət göstərir və hər il bu sərgini 10 min nəfərdən çox yerli və xarici mütəxəssis ziyarət edir. Sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Sərgi və Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
Bu il “Caspian Oil & Gas 2017” sərgi və konfransının VİP səviyyəli qonaqları arasında Robin Dunnigan, Enerji siyasəti üzrə katib köməkçisinin müavini, Energetika Bürosu (ABŞ), Joze Maria Botelho de Vaskonselos, Neft Naziri, Anqola, Yulian-Robert Tudoraçe, Energetika nazirinin müavini, Rumıniya və digər şirkətlərin yüksək rütbəli qonaqları iştirak edəcəklər.
Sərgidə dünyanın 30 ölkəsini təmsil edən 289 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edəcək. İştirakçıların ümumi sayının 15%-nı təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alır.
Azərbaycanın aparıcı şirkətlərini və neft-qaz sənayesinin liderlərini ehtiva edən sponsorlar tərkibi tədbirin statusunu vurğulayır. Ənənəvi olaraq, uzun illər ərzində sərginin platin sponsoru qismində SOCAR, qızıl sponsor – BP, gümüş sponsor – “Turkiye Petrolleri”, bürünc sponsorlar qismində isə “Azeri M-İ Drilling Fluids”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling Company” Ltd, “Caspian Marine Services” (CMS), “Global Energy Azerbaijan”, “RussNeft”, “Tekfen Construction”, “Socar Polymer”, “SIMONE Research Group” şirkətləri var. Sərgi və konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir. “Caspian Oil & Gas” aparıcı xarici informasiya agentlikləri, jurnal və nəşrlər tərəfindən dəstəklənir.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq (servis) xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
Bundan başqa, “Caspian Oil & Gas” beynəlxalq konfransı aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 400 nəfərə yaxın nümayəndə iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış edəcəklər. “Caspian Oil & Gas” sərgisini müşayiət edən konfransda regionun aktual sualları müzakirə olunacaq. Plenar sessiyanın mövzusu “Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri” olacaq. Sonra isə günümüzdə “Əsas operatorların “onşor” (sahil) və “ofşor” (dəniz) yataqlarının işlənməsi üzrə planları. Neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi”; “Azərbaycanda neft emalı və neft–kimya sənayelərinin cari vəziyyəti və inkişafı”; “Neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli. Azərbaycan - Xəzər regionunun nəqliyyat-logistika qovşağı”; “Kəşfiyyat və hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması və səmərəliliyin artırılması üçün qabaqcıl texnologiyaların tətbiqi”; “Kadrların hazırlanmasında rəqəmsal texnologiyaların effektiv rolu”; “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi” kimi aktual olan mövzuların diskussiyası keçiriləcək.
Məruzəçilər arasında energetika naziri Natiq Əliyev, Rumıniyanın energetika nazirinin müavini Yulian-Robert Tudoraçe, SOCAR prezidenti Rövnəq Abdullayev, BP Azərbaycan – Gürcüstan – Türkiyə regional prezidenti Qari Cons, Besim Şişman, “TP” (“Türkiye Petrolleri”) şirkətinin baş icraçı direktoru və prezidenti, Lars Kristian Baxer, İcraçı vitse-prezident, “Statoil”, Andrea Kattaneo, baş icraçı direktor və prezident, “Zenith Energy Ltd”, Bernard Kleman, Avropa və Xəzər regionu üzrə vitse-prezident, “Total” və digərləri öz məruzələri ilə çıxış edəcəklər. Bu il daimi iştirakçı və tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir. Bu yubiley tədbirə, “BP şirkəti-son 25 ildə Azərbaycanın daimi tərəfdaşı” adlı konfransının bir sessiyası həsr olunacaq.
Konfransı 20 şirkət-sponsor dəstəkləyir. Belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Qızıl sponsorları – “BP” və “Petronas”, gümüş sponsorları – “Inpex”, “McDermott” və “Statoil”, bürünc sponsorları – “Caspian Geophysical”, “Dentons”, “Fluor”, “Huawei”, “Lamor Corporation”, “Microsoft”, “Nobel Upstream”, “Reflex Marine”, “Schlumberger”, “Siemens”, “TAP”, “Total”, “Yokogawa”, “Zenith Energy” şirkətləri çıxış edirlər.
Bu il ilk dəfə olaraq sərgi iştirakçıları və konfransın deleqatları üçün Bibiheybət mədəni ərazisində yerləşən, dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusuna ziyarət təşkil olunub. Təşkilatçılar şübhə etmirlər ki, ilk neft quyusuna ziyarət xoş təəssürat bəxş edəcək.
“Iteca Caspian” şirkəti incəsənətə olan dəstək proqramını davam etdirir. Beləliklə, sərgidə "Umid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin əl işləri və rəsmləri təqdim olunacaq.
“Caspian Oil & Gas” sərgi və konfransının ən son xəbərləri operativ surətdə www.caspianoilgas.az və www.oilgasconference.az rəsmi veb-saytlarında yerləşdiriləcəkdir. Onlayn xəbərlərinin sponsoru “Global Energy Azerbaijan” şirkətidir. Sərgi və konfransla əlaqədar bir sıra dərgi nəşr olunacaq və onların arasında sərgi iştirakçılarının ətraflı təsvirini və onların əlaqə məlumatlarını ehtiva edən rəsmi sərgi kataloqu ilə yanaşı, məruzəçilərin tərcümeyi-hallarını və iştirakçıların fəaliyyət istiqamətlərini təsvir edən konfrans materialları da var. Həmçinin, bu il “Caspian Oil & Gas” rəsmi qəzetinin dörd nömrəsi işıq üzü görəcək və bu dəfə də iştirakçı və ziyarətçiləri maraqlı reportajlarla sevindirəcəkdir. “Daily News: Caspian Oil & Gas 2017” sərgisinin qəzetinin sponsoru “Azeri M-I Drilling Fluids”, konfransın isə “Flour” şirkətidir.
Beləliklə, “Caspian Oil & Gas” sərgi və konfransı yenidən həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək.
“Caspian Oil & Gas” sərgisi ilə eyni meydançada 31 may - 3 iyun tarixlərində 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgisi keçirilir. “Caspian Power 2017” sərgisi Xəzər regionunda enerjidən səmərəli istifadə və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşdırılmış tədbirdir. “Caspian Power” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olub.
Bu il “Caspian Power” sərgisində Azərbaycan, Almaniya, Belarus, Qazaxıstan, Rusiya və Türkiyənin energetika sahəsində texnologiya təchiz edən aparıcı şirkət iştirak edir. Sərginin sponsoru qismində “STP” şirkəti çıxış edir. Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və s. təqdim olunacaq.
“Caspian Power 2017” sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.
Konfrans və sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “ITE Moscow” (Russiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin), “Caspian Event Management” (BƏƏ), “ITE Poland” və “ITE Malaysia” (Malayziya) şirkətləri cəlb olunublar. “ITE Group” şirkəti beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edirlər. “Caspian Oil&Gas” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) fərqlənmə nişanına layiq görülür. “UFI tərəfindən təqdir olunur” nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour”, “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) və “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.