“Azərişıq” ASC elektrik sayğaclarının tədarükçüsünü seçir. Bu barədə ASC-dən məlumat verilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tender çərçivəsində cəmiyyət 97,568 min bir fazalı və 10,841 min üç fazalı sayğac almağı planlaşdırır.
Tenderdə iştirakın dəyəri 300 manat təşkil edir.
Tenderdə son 3 il ərzində $6 mln. ümumi məbləğdə ən azı bir və ya hər biri $3 mln. olan 2 analoji müqavilə həyata keçirən şirkətlər iştirak edə bilərlər.
Şirkətlərdən təkliflər dekabrın 15-dək qəbul olunacaqş Tender proseduru dekabrın 16-da baş tutacaq.