SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-mart ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı ASAN Komunal mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 29442 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.