“Azərenerji” ASC avqust ayında da enerji istehsalı, ötürməsi və idarə olunması sahəsindəki vəzifəsini təhlükəsiz şəraitdə effektiv şəkildə yerinə yetirib.
“Azərenerji” ASC-dən verilən məlumata görə, bu ilin avqust ayında “Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,009 mlrd. kVt/saat olub. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 2,9% azdır.
Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.
Qeyd edək ki, ötən ilin avqust ayında bu rəqəm 2,069 mlrd. kVt/saat təşkil edib.